Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində baş verən qəza ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.
"Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.
MÖVZU İLƏ BAĞLI:
Xızıdakı ağır qəzada ölən müəllimin FOTOSU
Qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib. Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi adından dünyasını dəyişmiş müəllimimizə Allahdan rəhmət, yaxınlarına səbr, xəsarət alan müəllimlərimizə isə şəfa diləyirik!" - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bizim.Media