“Şifahi xalq ədəbiyyatında beləsinə deyiləcək söz yoxdur"

Hazırda oxunan: “Şifahi xalq ədəbiyyatında beləsinə deyiləcək söz yoxdur"

109288
Tanınmış vəkil Bəhruz Bayramov Moderator.az vasitəsilə Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə müraciət edərək məhkəmədə təmənnasız olaraq onun hüquqlarının müdafiəçisi kimi çıxış etməyə hazır olduğunu bildirib:

“Burada hər hansı təmənnadan söhbət gedə bilməz və əksinə, bu mənim ulu öndərə, onun narahat ruhuna sonsuz hörmətimin ifadəsi kimi qəbul olunmasını istərdim. Təkcə mənim deyil, üçrəngli bayrağımızı görəndə qəlbi qürurla və fərəhlə dolan hər bir azərbaycanlının vicdan və şərəf məsələsidir ki, Məmməd Əminin adı gələn yerdə baş əysin və millətə dünya miqyasında urvat gətirmiş belə bir kişini rəhmətlə xatırlasın.xa0

Məmməd Əminin haqqında səsləndirilən ittihamlarsa nə əxlaqa, nə mənəviyyata, nə kişiliyə sığan bir şeydir. Məni maraqlandıran tək bir məsələ bu zavallının yaxasında üçrəngli bayrağımızı əks etdirən deputat mandatını hansı üzlə gəzdirəcəyidir. Əgər o bu qəbahətdən sonra mandatını qoyub getməyəcəksə beləsini məhkəmədə məhşər ayağına çəkmək azdır, onun adını belə çəkməmək lazım. Çünki Azərbaycan şifahi xalq ədəbiyyatında beləsinə deyiləcək söz yoxdur".

Xatırladaq ki, Gəncədən deputat mandatı əldə etmiş YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev Məmməd Əmin Rəsulzadəni aşağılayan fikirlər səsləndirməklə ictimaiyyətin qəzəbinə gəlib. Ulu öndərin nəvəsi Rais Rəsulzadə isə Naqif Həmzəyevi məhkəməyə verəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin