Kür çayının mühafizə zolağında kəsilən kollarla bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Kür çayının mühafizə zolağında kəsilən kollarla bağlı rəsmi AÇIQLAMA

109284

Sabirabad rayonu, Cavad kəndi ərazisində Kür çayının mühafizə zolağında yulğun kollarının kəsilərək məhv edilməsi ilə bağlı Sabirabad rayon prokurorluğuna daxil olmuş material əsasında araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sabirabad rayon prokurorluğu yayıb.

Araşdırmalarla Dəllər kəndinin bir neçə sakininin qabaqcadan əlbir olan bir qrup şəxs halında noyabrın 24-də Kür çayının mühafizə zolağına gələrək özləri ilə gətirdikləri baltalarla ərazidə olan 47 ədəd yulğun kolunu kəsərək təbiətə ümumilikdə 3 min 760 manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Yol kənarlarının YAŞILLIQ ZOLAĞI – Büdcəni talan etməyin mənası nədir?


Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Sabirabad RPŞ-nin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin