Bələdiyyəyə vergi ödəməyənlər məsuliyyətə cəlb olunacaq? – Hüquqi İZAH 

Hazırda oxunan: Bələdiyyəyə vergi ödəməyənlər məsuliyyətə cəlb olunacaq? – Hüquqi İZAH 

109283

“Son zamanlar bələdiyyələr torpaq mülkiyyətçilərindən torpaq vergisinin, bina və mənzil mülkiyyətçilərindən isə əmlak vergisinin ödənilməsini tələb edirlər”.

Bizim.Media xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında bələdiyyələrə vergi ödənilməsinin məcburiliyi məsələsinə aydınlıq gətirib.

Ekspert qeyd edib ki, Vergi Məcəlləsinin 8-ci maddəsinə görə bələdiyyə vergilərinə fiziki şəxslərin torpaq və əmlak vergisi aiddir.
 

MÖVZU İLƏ BAĞLI:

Bələdiyyə vergisi ilə bağlı qanun dəyişməlidir – TƏKLİF


“Məcəllədə həmin vergilərin dərəcələri də təsbit edilib. Amma 4.4-cü maddədə o da vurğulanıb ki, bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir (“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 10-cu maddəsində də belə müddəa var). Başqa sözlə, hər bələdiyyə ərazisində tutulan verginin dərəcəsini müəyyən etməlidir”.

Əkrəm Həsənov bələdiyyələrin vergi dərəcəsini hansı hüquqi aktla müəyyən etməli olduğu məsələsinə də aydınlıq gətirib:

““Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü və 4.1.6-cı maddələrinə əsasən bələdiyyələrin əhali üçün məcburi qərarları normativ xarakterli akt formasında rəsmiləşdirilməlidir. O cümlədən həmin akt 78-ci maddəyə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Lakin Azərbaycan bələdiyyələrinin indiyədək həmin Reyestrə daxil etdikləri lakin bir akt var – nizamnamələri.

Beləliklə, Vergi Məcəlləsi yerli (bələdiyyə) vergiləri nəzərdə tutsa da, hətta onların yuxarı həddini də müəyyən etsə də, bələdiyyələr sırf özlərinə münasibətdə bu cür vergiləri normativ xarakterli aktlarında təsbit etməmişlər.
Buna görə də vətəndaşlar həmin vergini ödəmədiyi təqdirdə bələdiyyələr qanuni alətlərlə heç nə edə bilməzlər. Vətəndaş bələdiyyənin normativ xarakterli aktının mövcud olmadığı səbəbindən məsuliyyətə cəlb oluna bilməz”.

Bir sözlə, bələdiyyələrin vergi tələb etmək hüququ olsa da, vətəndaşların bələdiyyəyə vergi ödəmək vəzifəsi yoxdur.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin