Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektorunun müşaviri, filologiya elmləri doktoru, professor Vilayət Əliyev vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə ADPU məlumat yayıb.
Alim 84 yaşında dünyasını dəyişib.
V.Əliyev 1938-ci ildə Nuxa (indiki Şəki) rayonunun Daşbulaq kəndində anadan olub.
1962-1967-ci illərdə Azərbaycan SSR EA Dilçilik İnstitutunda elmi işçi, 1967-1970-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunda dosent, 1971-ci ildə Yerevan Pedaqoji İnstitutunun azərbaycan bölməsində dosent, 1972-1977-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji Universitetində dosent, 1977-ci ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professoru,1997-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin həm də elmi işlər üzrə prorektoru, 2016-cı ildən isə rektorun müşaviri olub.
1992-ci ildə professor elmi adını alıb.
AMEA-nın Dilçilik İnstitutunun Dissertasiya Müdafiə Şurasının həmsədri olub.
Allah rəhmət eləsin!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:18 / 12.12.2022
Azərbaycanda professor vəfat etdi
Hazırda oxunan: Azərbaycanda professor vəfat etdi
Hazırda oxunan: Azərbaycanda professor vəfat etdi
109224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.