Xankəndi-Laçın ərazisinin səmasında dron müşahidə edilib.
Bizim.Media xəbər verir ki, Xankəndi-Laçın yolunun Şuşa şəhərindən keçən hissəsində, sülhməramlıların komendant postunun qarşısında keçirilən aksiyada iştirakçılar anidən havada dron müşahidə edib.
Dronun ya sülhməramlı kontingentə, ya da Azərbaycan ərazisində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşəmələrinə aid olduğu ehtimal edilir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu