Bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
AQTA-dan pomidor ixracı ilə bağlı - AÇIQLAMA
Görüşdə Rusiyadan ölkəmizə idxal olunan taxıl məhsulları və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin "Arqus-Fito" Federal Dövlət İnformasiya Sistemi ilə AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) inteqrasiyası, çevik məlumatlandırma sisteminin yaradılması, fitosanitar sertifikatların elektron mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media