Nyu-Yorkda hokkey oyununda düşən mübahisənin görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, hokkeyçilıər arasında mübahisə əlbəyaxaya çevrilib. Dava oyunun bitməsinə bir neçə saniyə qalmış yaşanıb.
“Nyu-York Rencers” və “Vaşinqton Kepitalz”ın görüşündə düşən konfliktin səbəbkarı ev sahibi olan komandanın hücumçusu Brendan Lemye olub. Belə ki, onun Vaşinqtonu təmsil edən komandanın qolkiperini arxadan itələyərək yerə yıxması davaya səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media