Sosial şəbəkələrdə Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə görüntülər paylaşılıb və kifayət əqədər təpki ilə qarşılanıb. Hətta Daxili İşlər Nazirliyi də məsələni nəzarətinə götürüb.
Azərbaycanda son illər azyaşlı qızların ərə verilməsilə yanaşı, gənc xanımların yaşlı kişilərlə evlənməsi halları da təəssüf ki, artır.
Bir sıra valideynlər müxtəlif səbəblərdən öz yeniyetmə qızlarını yaşı çox olan kişilərə ərə verməyə nədənsə normal hal kimi baxırlar.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, belə halların yaşanmasının kökü uyğun qurumların cəmiyyətin günü-gündən həssaslaşması və mürəkkəbləşməsi fonunda prosesə yeni yanaşmanın lazım olduğunu duymamalarından qaynaqlanır:
“30-40 il bundan əvvəlki yanaşmalar indi işləmir. Cəmiyyətdə gedən hər hansı prosesləri başlı-başına qoymaq düşgün deyil. Bu məsələlər daimi olaraq təhlil olunmalı, onun əsasında da maarifləndirmə işləri qurulmalıdır.
Hazırkı dövrdə 30-40 il bundan qabaq olan maarifləndirmə metodu işləmir. Cəmiyyət indi tamam dəyişib. Ona görə də onun özü ilə işləmək, daim onu öyrənmək, xüsusiyyətlərini bilmək və ona adekvat addımlar atmaq, texnologiyalar qurmaq lazımdır.
Tədbir görməklə problemi həll etmək mümkün deyil, onu yalnız primitiv cəmiyyətdə etmək olar. Gənc qızların yaşlı insanlarla ailə qurmasının ilk növbədə qızlarımızın özü üçün faciəvi nəticələrə gətirib çıxaracaq”.
Cəmiyyətimizin mühafizəkar kəsiminin isə fikri belədir ki, “məgər təqdir elədiyiniz Qərbdə, Avropada böyük yaş fərqi ilə evliliklər yoxdurmu?
Ona sevgi azaddır deyə bilirsiniz, bizdə olmaz? Götürün elə Makronu, özündən 20 yaş böyük qadınla evlənib, özü də gəlib oturub Fransanın başında. Nəyi pisdir ki?”
Əslində həddi-buluğa çatmış insanın kimə ərə gedəcəyi və kiminlə evlənəcəyi onun şəxsi işidir. Təki bu işdə zorakılıq olmasın, qanunlar çərçivəsində isə hə kəs öz hüququndan faydalana bilər.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 13.12.2022
Gədəbəydə MAKRON SİNDROMU – Qızlarımız Fransa prezidentindən nümunə götürür?
Hazırda oxunan: Gədəbəydə MAKRON SİNDROMU – Qızlarımız Fransa prezidentindən nümunə götürür?
Hazırda oxunan: Gədəbəydə MAKRON SİNDROMU – Qızlarımız Fransa prezidentindən nümunə götürür?
109184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.