Azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən bağlanan Xankəndi-Şuşa yolu 6 saatdır bağlı qalıb. Ərazidə çadırlar qurulub, gecələmək üçün odun ehtiyatı hazırlanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı ekoloqlar Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir – ANBAAN VİDEO
Videoda azərbaycanlılar isinmək üçün odun yandırırlar.
Xatırladaq ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan Laçın yolunun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
Bizim.Media