Parlament toplaşdı: MSK deputatlara vəsiqə verir

Hazırda oxunan: Parlament toplaşdı: MSK deputatlara vəsiqə verir

109175
Azərbaycan Respublikasının V çağırış Milli Məclisi spiker Oqtay Əsədovun sədrliyi ilə plenar iclasını keçirir.xa0

Moderator.az-ın məlumatına görə, iclasda gündəlik məsələlər səsə qoyulub və təsdiqlənib. Deputatlar 19 məsələni müzakirəyə çıxaracaq. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqındaxa0
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqındaxa0
3. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqındaxa0
4. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
5. Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
6. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
7. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
8. Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
9. Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
10. Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
11. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
12. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
13. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
14. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
15. Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
16. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
17. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
18. Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqındaxa0
19. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında

Spiker Oqtay Əsədov bildirib ki, azad və şəffaf şəraitdə keçirilən seçkilər əsasında yeni parlament formalaşıb. O. Əsədov həmçinin qeyd edib ki, 2005-ci ildən etibarən seçkilərdən sonra MSK üzvləri deputatlara vəsiqələri təqdim edir.xa0

Qeyd edək ki, MSK tam tərkibdə iclasa qatılıb. MSK sədri Məzahir Pənahov iclasda çıxış edərək seçkilərin demokratik, azad və şəfaff şəraitdə keçirildiyini dedi. Bildirdi ki, heç kəs seçkilərin şəffaf olmadığı barədə fikirlər irəli sürə bilməyib. Çünki seçkiləri müşahidə edən bütün subyektlərə seçkiləri izləmək üçün tam şərait yaradılıb. Təkcə ölkə daxilində 70 min müşahidəçi seçkiləri müşahidə edib. Hazırda M.Pənahov deputatlara vəsiqələri təqdim edir.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin