BUNU BİLMƏNİZ lazımdır: Vətəndaş xaricdən şəxsi istifadəsi üçün nə qədər dərman gətirə bilər?

Hazırda oxunan: BUNU BİLMƏNİZ lazımdır: Vətəndaş xaricdən şəxsi istifadəsi üçün nə qədər dərman gətirə bilər?

109173

“Azərbaycanda dərmanların qiyməti çox bahadır. Qonşu dövlətlərlə müqayisədə Azərbaycanda satılan bəzi dərmanlar arasında 10-12 dəfə artıq qiymət fərqi var”.

Bunu Bizim.Media-ya açıqlamsında Millət vəkil Razi Nurullayev söyləyib.

O əlavə edib ki, bu bahaçılığa da insanlarımız tab gətirə bilmir:

“Dərman qıtlığını və bahaçılığını bəzən Ukraynadakı müharibə ilə əlaqələndirirlər. Məncə bu düzgün arqument deyil. Çünki, bu müharibə artıq 10 aydır ki, davam edir. Və bu müddətdə gərək alternativ yollar axtarılıb tapılaydı. Bunun üçünsə kifayət qədər resurs var. Buna sadəcə təşəbbüs lazımdır”.

Millət vəkili onu da əlavə etdi ki, bu məsələdə ən çox narahatlıq doğuran məsələlərdən biri də odur ki, insanlar özləri üçün xaricdən dərman gətirə bilmir:

“Hava limanında buna ciddi əngəl yaradılır. Hansısa dərmandan bir qutudan artıq gətirilməsinə yol verilmir. Hansı əsasla? Bu hansı qanunda yazılıb? Bununla bağlı mən Milli Məclisin plenar iclasında çıxış etmişəm. Mənim fikirlərimə hökümətimiz tərəfindən aydınlıq gətirildi ki, insanlar şəxsi ehtiyacı üçün istədiyi qədər dərman gətirə bilər. Bunun üçün hansısa limit yoxdur. Təbii ki, belə vziyyətdə şübhəli məqam olarsa, gömrük işçisi və yaxud aidiyyatı orqan həmin şəxsdən xəstəliyinə aid sənəd istəyə bilər”.

Dərmanların ağılasığmaz qədər baha olmasını səbəbi bu gün cəmiyyətimizdə hər kəsi narahat edir. Qiymətlərin qonşu dövlətlərlə və hətta Avropa ölkələri ilə müqayisədə çox baha olmasına cavab tapmaq isə olduqca çətindir. Məsələ burasındadır ki, bəzi dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Bu dərmanların sayı kompanentləri ilə birgə 14 min 500-ə yaxındır.
 

Qalan dərmanların qiymətini isə tədarükçülər müəyyən edir. Tədarükçülərsə özəl şirkətlər olduğu üçün onlar qiymət siyasətində müstəqildir. Bununla belə dərmanların qısa zamanda 2-3 dəfə bahalaşmasını heç kim izah edə bilmir. 


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Haciyev də məsələyə aydınlıq gətirməkdə çətinlik çəkdiyini dedi. Fikrini də belə əsaslandırdı ki, Nazirlik birbaşa bu məsələyə cavabdeh deyil.

Daha sonra Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətin Məcidliyə müraciət etdik. O da bildirdi ki, biz ancaq dərmanların keyfiyyətinə nəzarət edirik. 

“Qiymətlə bağlı məsələyə qarışmırıq”.

Son vaxtlar ölkəmizə gətirilən dərmanların azalması ilə bağlı sualımıza isə Mətin Məcidli cavab olaraq bildirdi ki, bunun monitorinqini aparmamışıq. Görünən odur ki, dərman bazarındakı qiymət artımında kimlərsə maraqlıdır. Yoxsa adını çəkdiyimiz qurumlar çoxdan bu məsələyə müdaxilə edərdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin