Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, yataqxanalar “Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib.
Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı ekoloqlar Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir – ANBAAN VİDEO
Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.
Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür.
Bizim.Media