İnternet portalının rəhbərinə 5 il həbs cəzası verildi – TƏFƏRRÜAT

Hazırda oxunan: İnternet portalının rəhbərinə 5 il həbs cəzası verildi – TƏFƏRRÜAT

109158

"Kanals.az" internet portalının təsisçisi və rəhbəri işləmiş Ələkbərov Sənan Məmməd oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Belə ki, "Kanals.az" internet portalının təsisçisi və rəhbəri işləmiş S.Ələkbərov qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə təkrarən hədə-qorxu gəlib xeyli miqdarda pulunu hədə-qorxu ilə tələb etməsi barədə Yevlax Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında 22 fevral 2022-ci il tarixində Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqının davam etdirilməsi üçün Yevlax Rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilib.

Aparılan istintaqla müəyyən edilib ki, S.Ələkbərov G.Süleymanovanın rüsvayedici fotoşəkillərini özünə məxsus olan "Kanals.az" saytında və həmin adlı “youtube” internet səhifəsində yayacağı və onu işlədiyi işdən çıxartdıracağı hədəsi ilə hədə-qorxu gəlib.
O, həmin məqsədlə 2021-ci ilin dekabr ayının ortalarında G.Süleymanovanın 1000 (bir min) manat məbləğində pulunu qəsdən hədə-qorxu ilə tələb edib.

Bundan başqa, S.Ələkbərov tanışı, 29 sentyabr 1981-ci ildə Ağdam rayonunda doğulmuş Rüstəmov Teymur Hüseyn oğlu ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax şəhəri, H.Əliyev prospekti 62-də yerləşən “Zeytun 9 Yevlax” aptekinin satıcısı Misirxanova Esmira Elxan qızının hədə-qorxu ilə tələb etməklə əmlakını ələ keçirmək məqsədilə 06 fevral 2021-ci il tarixdə günorta saatlarında qadının satıcı işlədiyi həmin aptekə gələrək əlində olan “Samsung” markalı mobil telefonun videokamerası ilə gizli çəkiliş aparıb.

O, E.Misirxanovadan “Amaril 400” adlanan dərman vasitəsini pul ilə aldıqdan sonra həmin çəkdiyi videogörüntüləri T.Rüstəmovun mobil telefonuna vatsap vasitəsilə göndərib. T.Rüstəmov 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində E.Misirxanovanın fəaliyyət göstərdiyi “Zeytun 9” aptekinə gələrək onun həmin aptekdə satılması qadağan edilmiş dərman vasitələrinin satışı ilə məşğul olmasını deyərək ondan 5000 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.

Bundan başqa, S.Ələkbərov Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəliyində baş məsləhətçi vəzifəsində işləyən Məmmədov Rafiq Yaqub oğlunun xeyli miqdarda pulunu ələ keçirmək məqsədilə özünə məxsus “Kanals.az” youtube internet səhifəsində “mədəniyyətsiz mədəniyyət işçiləri” adı ilə yayımladığı R.Məmmədovla aralarında baş vermiş mobil telefon danışığının səsyazısının həmin internet səhifəsindən silinməsi və sonuncunun barəsində Mədəniyyət Nazirliyinə müsbət fikirlər bildirməklə onu işdən çıxartdırmayacağı adı ilə hədə-qorxu gəlib.
O, həmin görüntülərin özünə məxsus “Kanals.az” youtube internet səhifəsindən silinməsi üçün 2022-ci ilin fevral ayının ortalarında R.Məmmədovun xeyli miqdarda 15 000 manat pulu hədə-qorxu ilə tələb edib.

S.Ələkbərovun barəsində Cinayət Məcəlləsin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə və T.Rüstəmovun barəsində isə 182.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəki Ağır Cinayətlər Məhkəməsin hökmü ilə S.Ələkbərov 6 il, T.Rüstəmov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin