Bakı-Sumqayıt yolundakı böyük tıxac hərəkəti iflic etdi...

Hazırda oxunan: Bakı-Sumqayıt yolundakı böyük tıxac hərəkəti iflic etdi...

109142
Trend-in məlumatına görə, avtomobillərin sıxlığı “Bakı”x9d İdman klubunun bazasının yanından Bakı Beynəxalq Avtovağzal Kompleksinin qarşısına qədər davam edir. Tıxaca Bakı Beynəxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda aparılan bərkitmə işləri səbəb olub. Belə ki, bir müddət əvvəl sözügedən yolda baş vermiş sürüşmələrin qarşısını almaq üçün əraziyə ağır texnika cəlb olunub.

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin