Xəbər verdiyimiz kimi, Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir.
Hazırda azərbaycanlılar bu yolda çadır qururlar.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı ekoloqlar Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir – ANBAAN VİDEO
Aksiyada iştirak edən azərbaycanlı jurnalistlərdən biri hələ də əraziyə sülhməramlıların komandiri, general-mayor Andrey Volkovun gəlmədiyini xüsusi qeyd edib.
Hazırda etiraz aksiyası davam edir. Ruslar əraziyə əlavə hərbi texnika və canlı qüvvə gətirib.
Bizim.Media