Rusiya sülhməramlılarının hərbçisi report.az nəşrinin avtomobilinə avtomat silahla zərər yetirib.
Bizim.Media xəbər verir ki, hadisə Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyası zamanı qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı ekoloqlar Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir – ANBAAN VİDEO
Hazırda etiraz aksiyası davam edir.
Bizim.Media