Gəncədə ölən və xəsarət alanların adları açıqlandı - YENİLƏNİB

Hazırda oxunan: Gəncədə ölən və xəsarət alanların adları açıqlandı - YENİLƏNİB

109068

Gəncədə kütləvi dava zamanı ölən və xəsarət alanların adları məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov qətlə yetirilib.

1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarət alıblar. İlkin məlumata görə, davaya pul məsələsi səbəb olub.

21:28

Gəncə şəhərində kütləvi dava olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, şəhər ərazisində baş vermiş hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Olay nəticəsində bir nəfər "Vinçester" silahı ilə güllələnərək öldürülüb, 2 nəfər isə bıçaqlanıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin