Peşəkar mühasib sertifikatı almaq istəyənlər test imtahanı veriblər

Hazırda oxunan: Peşəkar mühasib sertifikatı almaq istəyənlər test imtahanı veriblər

109037

Dekabrın 11-də Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrə) keçirilib.

Bizim.Media xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 44 nəzarətçi müəllim, 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin