Qənirə Paşayeva Türkiyəli jurnalist və yazarlara səslənib

Hazırda oxunan: Qənirə Paşayeva Türkiyəli jurnalist və yazarlara səslənib

108997
Qənirə Paşayeva Türkiyədə Böyükşehir Qəzəteçilər Cəmiyyətini Qarabağ həqiqətlərinin yayılmasında fəallığı artırmağa çağırıb.
xa0 xa0
Azərbaycan millət vəkili Qənirə Paşayeva ilə görüşdə Büyükşehir Gazeteciler Cemiyeti Başkanı Abid Vanlı xa0rəhbərlik etdiyi qurumun Azərbaycanın xa0müvafiq media qurumları ilə əməkdaşlıq etmək niyyətində olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva jurnalist kimi uzun müddət çalışdığını qeyd edərək, mətbuat və medianın dövlət qurumlarının, habelə parlament üzvlərinin səsinin topluma duyurulmasında önəmli bir yer tutduğunu bildirib. Büyükşehir Gazeteciler Cemiyetinin xa0Azərbaycanın müvafiq media qurumları ilə əməkdaşlığının ortaq problemlərimizin işıqlandırılması baxımından vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə danışıb və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , ”“ deyib. xa0Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq xa0Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq xa0hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili xa020-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, xa020-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında xa0Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının xa0alınmasının tək bir yolu var ”“ birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”x9d, ”“ deyə millət vəkili əlavə edib və hər iki qardaş ölkənin media qurumlarının üzərinə böyük vəzifə düşdüyünü deyərək, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. xa0Görüş zamanı Azərbaycan- Türkiyə münasibətlərinin inkişafı, bu məsələdə hər iki qardaş xa0ölkə KİV-lərin üzərinə düşən vəziyyət, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində insanlarımızın yaşadığı acılarla bağlı da geniş fikir mübadiləsi aparılıb. xa0Görüşün sonunda millət vəkili Qənirə Paşayeva xa0Büyükşehir Gazeteciler Cemiyeti Başkanı Abid Vanlı xa0və təşkilat üzvlərini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün həmmüəllifi olduğu xa0“Karabağ hikayeleri”x9d kitabını, xa0hədiyyə edib. Millət vəkili onların suallarını da geniş cavablandırıb. Millət xa0vəkili Büyükşehir Gazeteciler Cemiyeti Başkanı Abid Vanlıya xa0yaxın günlərdə oxuyucuların ixtiyarına veriləcək “Qənirə Paşayeva ilə addım-addım Türkiyə ”x9d kitabı barədə də danışaraq xa0kitabda xa0qardaş ölkənin 20 böyük bölgəsinin yer aldığını deyib. xa0O, Azərbaycan insanına qardaş Türkiyəni, bu gözəl bölgələrmizi xa0daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə və qardaş Türkiyəyə böyük xa0sevgimi də göstərir deyib və bildirib ki, xa0Türkiyəli xa0jurnalist və yazarların da Azərbaycanı Türkiyədə xa0daha geniş tanıdan yazılarının artacağına ümid edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin