Azərbaycan Dövlət Neft və Sənaye Universitetinn (ADNSU) təşkilatçılığı ilə universitetdə Erasmus+ proqramı üzrə Transfer Texnologiyları əsasında treninqlər təşkil edilir.
Treninq Erasmus+ -un Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırovun iştirakı ilə keçirilir. Tədbirin açılışında ADNSU-nun rektoru Mustafa Babanlı, Tədris işləri üzrə prorektor Qasım Məmmədov, Tərbiyə işləri üzrə prorektor Zəfər Qurbanov, eləcə də fakültələr üzrə kafedra müdirləri və müəllimlər iştirak ediblər.
Treninqlər bu gündən - noyabrın 30-dan start götürüb, dekabrın 4 -dək davam edəcək. Məqsəd universitetdə Transfer Texnologiyaları üzrə məşqçilər hazırlamaqdan ibarətdir.
Treninqlərdə Azərbaycandan, xüsusilə də bu sahədə daha çox irəli gedən Ukraynadan dəvət olunmuş mütəsxəssislər mühazirələr oxuyacaqlar.
5 gün davam edəcək treninqlərin tədbirlər planı vaxt və məkan baxımından dəqiqliyi ilə hazırlanıb. Treninqlər hər gün saat 9-dan başlayıb, saat 18:00-da bitəcək. Bura hər fakültədən iki nəfər olmaqla 17 nəfər cəlb olunub. Hər fakültədən 1-i seçilməklə 7 nəfərə sertifikat veriləcək, 7 nəfərə isə sadəcə bu texnologiyaları mənimsəyib sertifikat almış məşqçilərlə birlikdə mütəxəssislərin hazırlığı ilə məşğul olacaqlar.
Qeyd: Erasimus +proqramı Avropada universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, öyrənmək, təcrübə toplamaq imkanları yardır. Proqram başqa ölkələrdə təcrübə keçmək və tədris etmək imkanı qazandırır. Erasmus+un əsas məqsədi Avropada təhsilin keyfiyyətini yüksəltmək, Avropada və digər qonşu ölkələrin tələbə və müəllimləri arasında mobil və mədəni əlaqələri inkişaf etdirməkdən ibarətdir.































































































