"Uzun illər Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması istiqamətində fəaliyyət göstərmişəm"

Hazırda oxunan: "Uzun illər Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması istiqamətində fəaliyyət göstərmişəm"

108983
Qazaxstan prezidenti Nursultan Nazarbayev də Türkiyə Rusiya arasında yaranmış vəziyyətə mövqeyini açıqladı.

Moderator.az xəbər verir ki, Qazaxstan prezidenti  ölkə əhalisinə müraciəti zamanı Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı məsələni də şərh edib.

Nazarbayev  Türkiyə-Rusiya arasında  baş verən  son olaylardan çox təəssüfləndiyini qeyd edib. “Hələ ki, hadisənin bütün nüansları bizə bəlli deyil. Ancaq fakt ondan ibarətdir ki, rus bombardmançıları Türkiyəyə hücum etməyiblər. Onlar Türkiyə ərazisinə keçməyiblər.  Onlar terroristlərlə döyüşə gediblər”x9d, - Qazaxstan prezidenti  Nazarbayev  Astanada Müstəqillik sarayında tribundan çıxışı zamanı  bəyan edib.
Nazarbayev bəyan edib ki, Qazaxstan bütün konfliktlərin sülh yolu ilə həllinin tərəfdarıdır: 
“Mən o şəxsəm ki, uzun illər Rusiya-Türkiyə  münasibətlərinin  yaxınlaşması və dost olmaları  istiqamətində  fəaliyyət göstərmişəm. Mən bu fəaliyyəti Türkiyənin baş naziri Süleyman Dəmirəl  və Rusiya prezidenti Boris Yeltsin dövründən tutmuş son dövrlərədək aparmışam. Təəssüflər olsun ki, bu uzun illər ərzində qurulan münasibətlərə pozula bilər.  Odur ki, nə qədər çətin olsa da  hadisə ilə bağlı birgə komissiya yaradılmalı, komissiya hadisənin günahkarlarını araşdırıb, onları cəzalandırmalı, tərəflər günahlarını tiraf edib, əlaqələrini bərpa etməlidirlər. Ona görə də mən dostlarımız olan Rusiya və Türkiyəni  bu istiqmaətdə fəaliyyət göstərməyə çağırıram.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin