“Bu il 79 qadın qətlə yetirilib” - Baş Prokurorluq - VİDEO 

Hazırda oxunan: “Bu il 79 qadın qətlə yetirilib” - Baş Prokurorluq - VİDEO 

108959

2022-ci il ərzində qəsdən adam öldürmə hadisələri nəticəsində 79 qadın zərər çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə qadınlara qarşı zorakılıq halları ilə bağlı Baş Prokurorluğun ictimaiyyətə video müraciətində bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru, birinci dərəcəli hüquqşünas Aynur Əfəndiyeva qadınlara qarşı psixi və fiziki zorakılığın sağlam cəmiyyət üçün təhdid olaraq qaldığını deyib:
"Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır. Susaraq cinayətə ortaq olmayın! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur", - deyə müraciətdə qeyd olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin