"Bakıda yağan yağıntıya hazır idik" - AZƏRSU

Hazırda oxunan: "Bakıda yağan yağıntıya hazır idik" - AZƏRSU

108943

“Azərsu” ASC bu gün gecə və səhər saatlarında Bakıda yağan yağıntıya hazır olduğunu bəyan edir.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, yağınıtı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti xəbərdarlıq etmişdi: "Yağıntının olacağını gözləyirdik və ona hazır idik".

Onun sözlərinə görə, yağıntı əsasən şəhərin qərb hissəsində Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonları ərazisinə düşüb:

"Bu isə, bəzi küçələrdə suların yığılmasına səbəb olub. Baxmayaraq ki, bizim kanalizasiya infrastrukturumuz, həm kanalizasiya xətlərimiz, kollektorlarımız, şəbəkələrimiz tam işlək, pik vəziyyətdə idi, infrastruktur həm yağış, həm də tullantı sularını eyni anda daşıya bilməyib.
Nəticədə bəzi küçələrdə su yığılmalar yaranıb. Ancaq, yağış dayanandan qısa müddətdən sonra suların hamısı çəkilib”.

A.Cəbrayıllı qeyd edib ki, həm rayon sukanal idarələri, həm də Bakı Sukanal İdarəsinin qəza briqadaları artıq gecə saatlarından iş başında idi və hazırda sular çəkilib və heç bir fəsad yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin