Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək - DETALLAR 

Hazırda oxunan: Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək - DETALLAR 

108940

Dekabrın 12-dən 130 nömrəli (Lökbatan-Bakı Beynəlxalq Avtovağzalı) və 125 nömrəli (Lökbatan-“28 May” metro stansiyası) müntəzəm marşrut xətləri üzrə hərəkət sxemi dəyişdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

"Sərnişinlərin Lökbatan qəsəbəsi -“20 Yanvar” dairəsi istiqamətində birbaşa marşrut xətti ilə gediş-gəlişini təmin etmək üçün 130 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi Bakı Beynəlxalq Avtovağzalından “20 Yanvar” dairəsinə dəyişdirilib.

Bu dəyişikliklə Xocahəsən qəsəbəsi sakinlərinin də ictimai nəqliyyata əlçatanlığı yaxşılaşdırılacaq", - məlumatda deyilir.

"125 nömrəli marşrut xətti üzrə avtobusların, yeni sxemə əsasən, Lökbatan qəsəbəsi istiqamətində hərəkəti “20-ci Sahə” dairəsinə daxil olmadan təşkil ediləcək.

"Məqsəd, marşrut xəttindən mütəmadi istifadə edən sərnişinlərin rahatlığını təmin etməkdir. Dəyişiklik sayəsində şəhər mərkəzindən Bayıl-Bibiheybət, Şıxov və Lökbatan yaşayış sahəsi istiqamətində ictimai nəqliyyatla səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq", - Agentlik qeyd edir.
Bununla yanaşı BNA bildirir ki, 130 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.

"Belə ki, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı cari ilin oktyabrında keçirilən müsabiqənin nəticələrinə əsasən “BakuBus” MMC qalib olub. Dekabrın 12-dən bu xətt üzrə 12 metrlik sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar fəaliyyət göstərəcək", - məlumatda qeyd olunub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin