Ahılları elektron qeydiyyatdan kim keçirəcək? – NAZİRLİKDƏN CAVAB

Hazırda oxunan: Ahılları elektron qeydiyyatdan kim keçirəcək? – NAZİRLİKDƏN CAVAB

10890

Xəbər verdiyimiz kimi  fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Qeydiyyat isə elektron formatda aparılacaq.

65 yaşında olan insanların internetə resurslarından istifadə edə bilməyəcəkləri birmənalıdır.

 

MÖVZU İLƏ BAĞLI:

65 yaşdan yuxarı vətəndaşların qeydiyyatına başlanıldı


Demək ki, bu vətəndaşların qeydiyyat problemi qaçılmaz olacaq.

Maraqlıdır ki, internetə çıxışı olmayan 65 yaşlı vətəndaşlarımıza kim köməklik göstərəcək?

Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən  bildirildi ki, yaşı 65-dən yuxarı olan vətəndaşlara ailə üzvləri və yaxud yaxınlarının bu işdə onlara yardım etməkləri ilə qeydiyatdan keçə bilərlər. 

Yardım edə biləcək adamı yoxdursa, ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb məlumatları ötürmək və qeydə alnmaq mümkündür:

“Qeydiyyatda olan tibb işçiləri bu prosesdə vətəndaşa yardımçı olacaqlar. Onu qeydiyyatdan keçirib məntəqəyə gəlməli olduğu günü və dəqiq vaxtı bildirəcəklər. Və onların həmin saytda məlumatları avtomatlaşdırılacaq. Mobil nömrələrə də bununla bağlı SMS göndəriləcək”. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin