Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld şənbə günü Zəngilan və Qubadlıya səfərə yollanır.
Bizim.Media xəbər verir ki, bu barədə səfir "Twitter" səhifəsində yazıb.
"Zəngilan və Qubadlıya ilk səfərimə hazırlaşıram. Ümid edirəm ki, İngiltərə-Fransa oyununa baxmaq üçün vaxtında qayıdacağam. Mən əlbəttə ki, İngiltərəyə azərkeşlik edəcəm. Bəs siz?", - deyə səfir bildirib.
Bizim.Media