“Mən sadəcə, Cənab Prezident İlham Əliyevə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimova və güc qurumlarının başçılarına təşəkkür etmişəm".
"Çünki bu gün biz onların sayəsində rahat, firavan yaşayırıq. Mən axı orada qeyd etməmişəm ki, onlar tərəfindən medalla təltif olunmuşam. Bunu sadəcə kim necə başa düşmək istəyibsə, elə də başa düşüb”.
MÖVZU İLƏ BAĞLI:
“Yardımlar edəndə yaxşı olursan, təltif olunanda pis?”- Kamil Zeynallıdan sərt reaksiya
Bu sözləri hazırda ailəsi ilə istirahətdə olan idmançı Kamil Zeynallı Bizim.Media-ya açıqlamasında deyib. O, bildirib ki, hazırda Şahdağda olduğu üçün təltif olunduğu medaları Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai birliyi köməkçisi vasitəsilə bu gün ona çatdıracaq.
“İndi medallarım yoldaır, gətirirlər. Mən də o fotoları çəkib yenə sosial şəbəkədə paylaşacam. O qədər paxıl insanlar var ki, vallah, etdiyin işləri kiçiltməyə çalışırlar. Biz soyuq, şaxta bilmədən əsgərlərə yardım etmişik".
"Mən bütün yardımlarımı Allah yolunda edirəm. Ancaq bu insanların qara əməllərini başa düşə bilmirəm. Zəng edib deyirlər ki, niyə Kamil Zeynallı medalla təltif olunur? Siz isti evinizdə dincələndə, mən soyuqda yardım paylaylrdım. Siz onda harada idiniz?”.
"Xatırladaq ki, idmançı dünən 2 medalla təltif olunduğunu açıqladıqdan sonra, sosial mediada mövzu ətrafında böyük müzakirələr başlayıb".
"Bu gün isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidməti Kamil Zeynallının qurum tərəfindən heç bir medalla təltif olunmadığı bildirilib".
İdmançı özü isə bu haqda verdiyi açıqlamasında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai birliyi tərəfindən medalla təltif olunduğunu bildirib.
Vüsalə Balayeva, Bizim.Media