Bəxtiyar Hacıyev barəsində məhkəmə QƏRAR VERDİ – YENİLƏNİB 

Hazırda oxunan: Bəxtiyar Hacıyev barəsində məhkəmə QƏRAR VERDİ – YENİLƏNİB 

108768

Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

Bizim.Media xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

*** 15.00

Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bəxtiyar Hacıyev SAXLANILDI


Məlumatda qeyed olunur ki, barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün  məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin