Şəki Şəhər İcra Hakimiyyətinin başçısına açıq məktub...- FOTO

Hazırda oxunan: Şəki Şəhər İcra Hakimiyyətinin başçısına açıq məktub...- FOTO

108760
Tanınmış mühəndis Rahab Qazıyev Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova açıq məktub ünvanlayıb.

Moderator.az xəbər verir ki, məktubda deyilir:

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab E.Usubova
                                  Açıq Məktub

Bu ilin iyun ayında, mən Şəkidə olan zaman, Aşağı Karvansarayda bərpa işləri aparılırdı. Həmin vaxt orada işləyən ağır tonnajlı maşınlar Şəkidəki qədim bir körpünün üzərindən keçib gedirdilər. O vaxt ”x9dModerator.az”x9d saytı vasitəsilə bu haqda Sizə məktub yazdım və heç bir gün də keçmədi ki, buna operativ və adekvat cavabınız olaraq, o maşınların marşurutu dəyişdirildi. Mən də öz növbəmdə, elə həmin sayt vasitəsilə, özümün və Şəki saknlərinin adından sizə təşəkkürümü bildirdim. 
Hörmətli Elxan müəllim, bu məktubu yazmaqla, Sizin diqqətinizi növbəti vacib bir sahəyə yönəltmək istəyirəm. Mən hər dəfə Şəkiyə səfər edəndə ilk ziyarət etdiyim məkan Şəhidlər Xiyabanı olur. Hər dəfə də o məkana gələndə, düzü çox təəssüflənirəm. Şəhidlər Xiyabanının düz önündə bir neçə il bundan qabaq bir hotel inşa olunub. Bu əyləncə məkanının xiyabanla arası cəmi 10-15 metr ola, ya olmaya. Hotelin sağ tərəfində isə böyük şəhər qabristanlığı mövcuddur. Bu bədnam tikilinin qarşı tərəfi isə stadiona və 3 saylı orta məktəbə baxır. Həmin hotel tikilməmişdən öncə məktəbdən birbaşa Şəhidlər Xiyabanı görünürdü və şagirdlər öz qəhrəman həmyerlilərinə baxıb fəxr edirdilər. Həmçinin də bu, böyüməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunun inkişafında çox önəmli rol oynayırdı. Indi isə şagirdlər şəhidlər xiyabanının əvəzinə bu bədnam əyləncə məkanını görürlər və faktiki olaraq şəhidlər xiyabanı kimi müqəddəs bir məkan kimlərinsə şəxsi maraqlarına xidmət edən bir hotelin arxasında gizlədilib. 
Cənab Elxan müəllim, Şəhidlər Xiyabanının önündə belə bir tikilinin olması ilə bağlı, Şəki sakinləri ilə söhbət zamanı, onların da bu məsələdən çox narahat olduqlarının dəfələrlə şaidi olmuşam. Mən özüm də o fikirdəyəm ki, həmin məkan hotel binası üçün heç də uğurlu bir yer deyil. Mən bu yöndəki Şəki sakinlərinin narahatlıqlarını və narazılıqlarını paylaşmaqla yanaşı, həm də Şəhidlər Xiyabanın bizim müqəddəs and yerimiz olduğunu nəzərə alaraq, Sizdən xahiş edirəm ki, həmin hotelin orada tikilməsinin mövcud qanunvericiliyə nə qədər uyğun olub-olmamasının araşdırılmasına tapşırıq verəsiniz. Açığı, həmin məkan, bir hotel kimi heç kommersiya nöqteyi-nəzərindən də uğurlu seçim deyil. Mən hər il yay mövsümünün xeyli hissəsini Şəkidə keçirdiyimdən orada istirahət edən insanlara, demək olar ki, rast gəlmirəm. Və nə yaxşı ki, bəzi məmur oliqarxlardan və güya biznesmen olduqlarını iddia edən işbazlardan fərqli olaraq Azərbaycan insanlarının tam əksəriyyəti Şəhidlərin dizinin dibinin əyləncə və istirahət yeri olmadığının fərqindədirlər.
Hörmətli Elxan müəllim, artıq qeyd etdiyim kimi həmin məkanda ən böyük şəhər qəbristanlığı da yerləşir və bu qəbristanlıq genişlənərək dağın o biri yamacına keçib. Belə davam etsə, bir neçə ilə dağın bütün ətrafı qəbristanlıq olacaq. Şəki artıq böyük bir şəhərdir və yaxşı olardı ki, uyğun bir yerdə qabristanlıq üçün yeni məkan seçilsin. 

Şəxsinizə hörmət və sayqılarla 
Rahab QAZIYEV
26.11.2015

P.S.Artıq Azərbaycan öz istiqlal şəhidlərinin növbəti il dönümünə hazırlaşır və çox arzu edərdim ki, Sizin bu istiqamətdə atacağınız müsbət addımlar bu müqəddəs günə verilmiş bir töhfə kimi yaddaşlarda qalsın.
Bəlli olduğu kimi bu günlərdə Şəki şəhəri həm də Ümumtürk Dünyasının mədəniyyət mərkəzi elan olunub. Bu baxımdan da, indi barəsində danışdığımiz məsələlərin müsbət həllini tapması ŞəkininTürk Dünyasının gerçək mədəniyyət mərkəzinə çevrilməsi baxımından, tərəfinizdən böyük xidmət olardı.        

Şəki Şəhər İcra Hakimiyyətinin başçısına açıq məktub...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10077.jpg">Şəki Şəhər İcra Hakimiyyətinin başçısına açıq məktub...- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10078.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin