“Xaricdə yaşayan soydaşlarımız üçün televiziya kanalı yaradılsın” – Deputatdan TƏKLİF

Hazırda oxunan: “Xaricdə yaşayan soydaşlarımız üçün televiziya kanalı yaradılsın” – Deputatdan TƏKLİF

108739

“Prezidentin xaricdə yaşayan soydaşlarımızla bağlı məlum və məşhur çıxışından sonra burada da fikirlər səsləndirilir. Lakin bu fikirlər reklam xarakterli olmamalıdır”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

“Bu istiqamətdə real addımlar atılmalıdır. Azərbaycan Respublikasındakından 3-4 dəfə çox soydaşımız xaricdə yaşayır.

Onların yaşadığı hər yerdə məktəb açmaq mümkün deyil. Dil və digər məsələlər buna mane olur. Lakin bir televiziya kanalı yaradıb, onun vasitəsilə yalnız təhsillə bağlı verilişlər yayımlaya bilərik. Bizim peyklərimiz də var. Onların imkanlarından yararlanmaqla bütün dünyada həmin televiziyanı yayımını təşkil edə bilərik. Xaricdə yaşayan soydaşlarımıza özümüzü, mədəniyyətimizi tanıtmaq üçün belə bir kanalın yaradılması məsələsinə diqqət ayrılsa məqsədəuyğun olardı”, deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin