Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutmuşdur.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulmuşdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.
Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:03 / 09.12.2022
Zəngilanda mövqelərimiz atəşə TUTULUB - RƏSMİ
Hazırda oxunan: Zəngilanda mövqelərimiz atəşə TUTULUB - RƏSMİ
Hazırda oxunan: Zəngilanda mövqelərimiz atəşə TUTULUB - RƏSMİ
108733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.