Azərbaycanda QADIN BÖHRANI yaxınlaşır – “Bu cəzasız qalmayacaq”  

Hazırda oxunan: Azərbaycanda QADIN BÖHRANI yaxınlaşır – “Bu cəzasız qalmayacaq”  

108718

Azərbaycanda qızlar sürətlə azalır. Bu fakt Dövlət Statistika Komitəsinin hesabatında öz təsdiqini tapıb. Rəsmi məlumata görə 2022-ci ilin birinci yarısında Azərbaycanda kişilərlə qadınların xüsusi çəkisi eyni olub, orta hesabla hər 1000 kişiyə 1001 qadın düşüb. 

Nəzərə alaq ki, sovet dövründə ölkəmizdə qadınların sayı kişilərin sayından xeyli çox olub. Lakin, sonradan bu fərq azalmağa başlayıb.

Məsələn, 1999-cu ildə Azərbaycanda hər 1000 kişiyə 1048 qadın düşdüyü halda, 2009-cu ildə bu göstərici 1021-ə, 2016-cı ildə 1007-ə, 2017-ci ildə 1006-a, 2018-ci ildə 1005-ə, 2019-cu ilin əvvəlində 1003-ə, 2020-ci ilin əvvəlində isə 1002-yə enib. Bu rəqəm 2021-ci ildə də sabit qalıb.

Qadınların azalması ölkəmizdə böhran həddinə çatmayıb. Amma bu həddə yaxınlaşır. Bəs, qızların azalmasının səbəbi nədir?

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu Bizim.Media-ya bildirdi ki, qadınların sürətlə azalması son 25 ilin bəlasıdır:

“Bunun da əsas səbəbi müasir aparatlar vasitəsi ilə uşaqların cinsiyyətinin doğuşdan xeyli əvvəl öyrənilərək, məhv edilməsidir. Şərq ailə modeli olaraq bizdə də oğlan uşaqlarına daha çox üstünlük verilir. Bu səbəbdən də əksər hallarda qızların doğulmasının qarşısı qəddarlıqla alınır. Ona görə də son illər ölkəmizdə doğulan qızların sayı xeyli azalıb. Doğrudur, demoqrafik böhran həddində deyilik, amma buna yaxınlaşırıq”. 

Sosioloq demoqrafik problemdən əvvəl artıq psixoloji problemlərin ortaya çıxdığını söylədi:

“Ana bətnindəykən qız uşaqlarının məhv edilməsinin ciddi psixoloji fəsadları olur. Bu da sonradan cəmiyyətə sirayət edir. Sosioloji araşdırmalar göstərir ki, selektiv abortdan qadınlar çox ağır təsirlənirlər. Ətrafa qarşı onlarda laqeyidlik, bəzənsə nifrət baş qaldırır. Təbii ki, kişilər də bunu uzun müddət yaddaşlarından silə bilmirlər. Bu da ailədaxili münasibətlərə də soyuqluq gətirir. Üstəlik, bu insanlığa qarşı bir cinayətdir, təbiətin iradəsinə qarşı bir üsyandır. Belə hallarsa heç zaman cəzasız qalmır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin