Ölkədə dərman qıtlığı məsələsi nəzarətə götürüldü - RƏSMİ

Hazırda oxunan: Ölkədə dərman qıtlığı məsələsi nəzarətə götürüldü - RƏSMİ

108713

“Dərman bazarında qiymət artımı narahatlığı başadüşüləndir”. 

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

“Qlobal geosiyasi gərginlik, Rusiya-Ukrayna müharibəsi, tətbiq edilən sanksiyalar, yüksək enerji qiymətləri, logistikada qiymət artımı ərzaq qıtlığına, dərman bahalığına səbəb olub. Yüksək infliyasiya fonunda qlobal artım sürətinin yüksəlməsi dünya iqtisadiyatını çətin vəziyyətə salıb. Bu aydındır ki, dünya bu ilin fevral ayından əvvəlki vəziyyətinə bir də qayıda bilməyəcək. Qlobal iqtisadiyata inteqrasiya etmiş Azərbaycan da bu çətinliklərlə üzləşir.
Azərbaycan dərman vasitələrinin 95%-dən çoxunu idxal edir ki, bunlar da Rusiya, Türkiyə, Ukrayna, Belarusiya kimi ölkələrin payına düşür. 

Sadalanan ölkələrdən beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur. Lakin hökumət dərman qıtlığı ilə bağlı məsələni nəzarətə götürüb”, - deyə Baş nazir əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin