Xan məscidindəki göz oxşayan xalça kolleksiyası - FOTO

Hazırda oxunan: Xan məscidindəki göz oxşayan xalça kolleksiyası - FOTO

108667

Bu günlərdə Şəkidəki tarix memarlıq abidələrindən biri olan Xan məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa və təmirdən sonra istifadəyə verilib. Məsciddə diqqəti çəkən maraqlı məqamlardan biri də yerə sərilən xalçalardır.

Bizim.Media-nın yerli bürosuna təəssüratlarını bölüşən “Yuxarı Baş” Milli Tarix- Memarlıq Qoruğunun bələdçisi Zəminə Rəsulova bildirib ki, bərpadan sonra ilk dəfə Xan məscidini ziyarət edib: 

“Burada Azərbaycan xalçaçılıq məktəbinin əksər nümunələrinə rast gəlmək mümkündür. Ruhən dincəlmək istəyən mütləq getsin! Çox gözəldir. Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş məscidin qapıları hamının üzünə açıqdır".

Zəminə Rəsulovanın sözlərinə görə, məscidin öz gözəlliyi, aurası bir yana, yerə sərilən hər biri bir tarix olan, göz oxşayan xalçaların gözəlliyi doğurdaninsanı valeh edir:

“Adətən biz xalçaları divarda seyr etmişik. Məsciddə isə yerə sərilib. İmkan var ki, üzərində əyələşib əllərinizlə toxuna, onun naxış və ilmələrini daha dərindən baxa, izləyə və duya bilərsiniz”.

"Yuxarı Baş” Milli Tarix- Memarlıq Qoruğunun bələdçisi fikirlərinə əlavə olaraq deyib ki, çox şadam ki, turistləri apara biləcəyimiz daha bir tarixi məkan qapılarını açdı. Şəkiyə gələn qonaqlar bu fürsəti zamanında dəyərləndirsinlər. 

Tural Rasimoğlu, Bizim. Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin