Xaçmaz rayonunda iki nəfər göbələk turşusundan zəhərlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onlardan biri ölüb.
Şimal qəsəbə sakini, 78 yaşlı Roza Bədəl qızı Nemətova və 43 yaşlı Çimnaz Nemət qızı Ağayeva göbələk turşusundan zəhərləniblər.
Həkimlərin səyinə baxmayaraq, 78 yaşlı Roza Nemətova ölüb.
Xaçmaz rayon Prokurorluğunda faktla bağlı araşdırma başlayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu