ÜST-dən həyəcan - Vaksinlər yeni ştammda effektli olmaya bilər

Hazırda oxunan: ÜST-dən həyəcan - Vaksinlər yeni ştammda effektli olmaya bilər

10866

“Peyvəndlərin koronavirusun yeni ştammlarına qarşı effektivliyi böyük narahatlıq doğurur”.

Bizim.Media “Frans-Presse”ə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge  deyib.

 

MÖVZU İLƏ BAĞLI:

ÜST dünyada koronavirusdan ölənlərin sayını açıqladı


O, koronavirusun başqa, daha problemli mutasiyalarının yaranmasının mümkün olduğunu bildirib.

O bildirib ki, Avropa birgə səylərlə vaksinləməni sürətləndirməlidir.

“Prosesi sürətləndirmək üçün birləşməliyik.  Əczaçılıq şirkətləri isə birlikdə istehsal gücünü kəskin şəkildə artırmalıdırlar”, - H.Klüge vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin