OMD xəstəxanasında həkimlərə peyvənd pulla vurulur? – BAŞ HƏKİM 

Hazırda oxunan: OMD xəstəxanasında həkimlərə peyvənd pulla vurulur? – BAŞ HƏKİM 

10863

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD” xəstəxanası) çalışan həkimlərin hər birinin 20 manat ödəniş etməklə peyvəndləndiyi iddia olunur. 

Bu iddia ilə Bizim.Media-ya ilahiyyatçı Tural İrfan çıxış edib. Onun sözlərinə görə qaynının oğlu həmin xəstəxanada əməliyyata alınıb. Həkimlərdən biri xəstənin yaxınları ilə söhbəti zamanı hər birinin 20 manat müqabilində vaksinasiya olunduqlarını deyib. Həmçinin rayonlardan xəstəxanaya göndərişlə gələn uşaq və ananın virusa görə analiz verməsinə görə 47 manat pul tələb olunur. 

 

MÖVZU İLƏ BAĞLI:

62 mindən çox tibb personalı peyvəndlənib - ÖZƏL


Bizim.Media-ya məsələ ilə bağlı danışan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Səadət Ələsgərova iddialarla razılaşmayıb. 

 

“Nə danışırsız? Xəstəxanada birinci mən peyvəndlənmişəm. Bir həftədən sonra ikincisini vurduracağam. O tamamilə səhv fikirdir. Xəstə düzgün başa düşməyib. Sadəcə olaraq əməliyyata gələn xəstələri anında COVİD-lə əlaqədar müayinələrə göndəririrk. Cavabı təcili əlimizdə olsun deyə başqa xəstəxanaya yönləndirilir. Çünki bizdə götürülən analizlər PCR deyil.


"Onun cavabı 1 sutkaya gəlir. Ola bilsin ki, xəstə analizin yoxlanması məsələsini nəzərdə tutur”. 

Baş həkim hər gün xəstəxanada tibb işçilərinə növbə ilə peyvəndləmə tətbiq edildiyini də qeyd edib:

 

“Peyvəndi öz tibb bacılarımız işçilərimizə vurur. Ola bilər ki, xəstə savadının təbiətindən irəli gələrək deyilən ifadəni səhv analiz edib. Belə söhbət ola bilməz. Yaxşı olar ki, bunu deyən xəstə mənə yaxınlaşsın və məsələni araşdıraq”.


Xatırladaq ki, “2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya prosesinə başlanılıb. İlkin mərhələdə Azərbaycana 4 milyon vaksin gətirilib və bu həftə daha 500 min doz peyvənd gətiriləcək. 

Ölkədə Çində istehsal edilən “CoronaVac” vaksini tətbiq edilir və pulsuz həyata keçirilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin