33 küçədə sürət həddinin 30 km/saata endirilməsi nəyə xidmət edir? - AÇIQLAMA

Hazırda oxunan: 33 küçədə sürət həddinin 30 km/saata endirilməsi nəyə xidmət edir? - AÇIQLAMA

108580

Paytaxtın 33 küçəsində sürət həddi 30 km/saat-a endirilib. Bu bir pilot layihədir. Layihənin təşəbbüskarı isə Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsidir. Sürət həddinin aşağı salındığı zonaya paytaxtın mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Zonaya daxil olan küçələrdə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

Bəs, 30 km/saat sürət limitli zonasının üstünlükləri hansılardır?

Sualı BNA-nın mətbuat katibi Mais Ağayev cavablandırdı. Bizim.Media-ya açıqlamasında o, bildirdi ki, bu layihə yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılmasına xidmət edir:

“Bundan əlavə bu layihənin hədəfi yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərləri azaltmaq, ekoloji səviyyəni sağlamlaşdırmaq, sosial mühitin inkişafına dəsdək vermək və səs-küyün azaldılmasına nail olmaqdır. İlkin müşahidələr göstərir ki, biz yavaş-yavaş öz istəyimizə nail oluruq”.
Mais Ağayev onu da qeyd etdi ki, layihənin digər hədəfi şəhərin mərkəzi hissəsində piyada hərəkətini və velosipedlərdən istifadəni stimullaşdırmaqdır.

Sürət həddinin aşağı salınması tıxaclara səbəb olmur ki?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, bu layihə hələki tıxaclara səbəb olmayıb:

“Çünki, sürət həddi aşağı salınan küçələr şəhərin mərkəzində olsa da orada avtomobillərin hərəkəti çox azdır. Məsələn, Dilarə Əliyeva, Murtuza Muxtarov, Zərgərpalan və digər küçələrdə hərəkət həm də bir tərəflidir.

Ona görə də bu küçələrdə həyata keçirilən layihə özünü doğruldur. Layihənin əsas hədəflərindən biri də paytaxtda ölümlə sonlanan avtoqəzaların sayını minimuma endirməkdir. Bu barədə isə hələ tezdir. Dəqiq məlumatı yəqin ki, yeni il qabağı biləcəyik. Çünki, ilkin hesabat məhz o zaman hazır olacaq”.
Digər ekspertlərin fikrincə isə bu 33 küçədə onsuz da sürətli hərəkət etmək imkanı yoxdur. Dünyanın ən dqz vaxtında da bu yollarda 30-49 km/saatdan sürətli sürmək mümkün olmayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin