"Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən artıq cəsədlərdən nümunələr götürülüb".
Bizim.Media xəbər verir ki, bunu Xidmət rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, mütəxəssislər tərəfindən suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib: "Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda dəniz sahilində 4 suiti cəsədi aşkarlanıb - ÖZƏL/FOTO
Xatırladaq ki, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm halı aşkarlanmışdı.
Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də suiti cəsədləri aşkar olunub.
Bizim.Media