Biləsuvarda baş verən qətlin TƏFƏRRÜATLARI 

Hazırda oxunan: Biləsuvarda baş verən qətlin TƏFƏRRÜATLARI 

108537

Biləsuvarda baş verən qətl  hadisəsinin bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın cənub bürosunun verdiyi  məlumata görə, kənd sakini, 1985-ci il təvəllüdlü Kazımov Cavad Eynulla oğlu həmkəndlisi 1982-ci il təvəllüdlü Qarayev Mehtun Ramiz oğluna zəng edərək yaşadığı evinin yaxınlığına çağırıb.  

Ailə üzvlərinin bildirdiyinə görə, Cavid Kazımov həmin gün sərxoş vəziyyətdə olub. 

O, mərhumu kobud  nalayiq ifadələrlə təhqir edərək çölə çaxmasını təkid edib. Təhqirlərə dözməyən Mehtun  Qarayev küçəyə çıxaraq Cavidin  nişan verdiyi istiqamətə gedib. Cavid gizləndiyi yerdən  çıxaraq mərhumə  odlu silahla iki dəfə atəş açıb. Nəticədə Mehtun Qarayev hadisə yerində dünyasını dəyişib. 

Məlumata görə, onlar arasında ədavət 8 il öncə yaranıb. Mərhum M. Qarayev qəssab kimi fəaliyyət göstərirmiş. 

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin