Şeyxülislamdan erməni kilsəsinin revanşizm prosesindəki iştirakı ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Şeyxülislamdan erməni kilsəsinin revanşizm prosesindəki iştirakı ilə bağlı AÇIQLAMA 

108518

“30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb”.

Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvada keçirilən Ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumunda çıxışında bildirib.

"Azərbaycan xalqı Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirərək beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməsinin ikinci ildönümünü qeyd etdi.
30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb.

Bu gün Azərbaycan dövləti azad Qarabağda dini-mənəvi abidələrimizi bərpa və yenidən qurur. Qalib Azərbaycan bölgədə sülhə çağırır və iqtisadi layihələrlə çıxış edir, lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən revanşizm təzahürləri səngimir. Erməni kilsəsinin də bu prosesdə iştirakı təəssüf doğurur", - deyə QMİ sədri vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə münaqişə dövründə Moskva və bütün Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri arasında baş tutan üçtərəfli dialoq sayəsində qarşıdurmanın dini müstəviyə keçməsinin qarşısının alındığını deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin