Bu gündən etibarən 65 yaşdan yuxarı vətəndaşlar koronavirusa qarşı vaksinasiya üçün qeydiyyatdan keçirilir.
Bizim.Media-nın məlumatına görə, vətəndaşlar fevralın 5-i saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməlidirlər.
MÖVZU İLƏ BAĞLI:
Sabahdan 65 yaşdan yuxarı 700 min insan qeydiyyatdan keçiriləcək - ÖZƏL
Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilərlər. İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapacaq. Bundan əlavə, sms vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildiriləcək.
Qeyd edək ki, fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq.
Bizim.Media