Qatarın vurduğu adamın kimliyi məlum oldu - YENİLƏNİB

Hazırda oxunan: Qatarın vurduğu adamın kimliyi məlum oldu - YENİLƏNİB

108453

Sumqayıt-Bakı elektrik qatarının vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, elektrik qatarının vurduğu şəxsin 2002-ci il təvəllüdlü Hacı Ağazadə Əmralı olduğu bildirilir.

Hadisə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

09.21***

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub


Hadisə hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin