Dünən FB belə bir status yazdım: Ulu öndər Heydər Əliyevin qarşısında on il öncə belə bir fikri söyləmişdim:xa0
“Şer - sözlərin birölçülü fəzada, rəsm - rənglərin ikiölçülü fəzada, musiqi - səslərin üçölçülü fəzada naxışlı düzülüşüdür. Siyasət - dördölçülü fəzada baş verir. Üçü məkan, biri zaman. Fəzanın dərəcəsi artdıqca fəaliyyət çətinləşir. Bu səbəbdən də ölkədə şairlər minlərlə, rəssamlar yüzlərlə, bəstəkarlar onlarla, siyasətçilər tək - tək olurlar. Çünki siyasət - hadisələrin, proseslərin, olayların, tarixi faktların xalqın xeyrinə nizamla, naxışla düzülüşüdür. Siyasətçi bu işləri görməyi bacaran, zaman və məkandan uğurla istifadə edən şəxsiyyətdir”x9d. xa0
Sonradan bildim ki, bu fikir ulu Öndərin xoşuna gəlmiş və mənə filosof ünvanı da vermişdir.
Türkiyə Hərbi Qüvvələrinin Rusiya qırıcı təyyarəsini vurması hadisəsi ölkəmizdə geniş müzakirə edilir. Bu hadisə ilə bağlı o kəs düzgün fikir söyləyə bilər ki, o dördölçülü fəzada (üçü məkan, biri zaman) fəaliyyət göstərə bilir. Yəni düzgün qərar qəbul etmək üçün siyasəti bilmək azdır, gərək tarixi də biləsən". xa0xa0
Şahlar Əsgərov, əməkdar elm xadimi, professor































































































