Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanıb. 
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 
 
MÖVZU İLƏ BAĞLI:
Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqladı – Polis tərəfindən saxlanıldı
Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. 
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hazırda iş üzrə istintaq davam edir. 
Bizim.Media






























































































