Hücuma məruz qalan jurnalistlər danışdı: “Əllərində dəmirlər, baltalar var idi“

Hazırda oxunan: Hücuma məruz qalan jurnalistlər danışdı: “Əllərində dəmirlər, baltalar var idi“

108394
Nardaranda baş verən hadisələri işıqlandıran jurnalistlərə yerli sakinlər tərəfindən hücum edilib

Moderator.az xəbər verir ki, azvision.az -ın iki əməkdaşı da hadisə yerində çəkiliş apararkən hücuma məruz qalıb.
 
Saytın müxbiri Hafiz Əhmədov hadisəni belə xatırlayır: “Taksi ilə hadisə yerinə yollanmışdıq. Nardarana yaxınlaşan kimi taksi sürücüsü qorxusundan bizi yarıyolda qoyaraq, avtomobilini kəndin girişində saxladı. Məcbur olub piyada getdik. Meydanda cavan uşaqların hamısının əllərində soyuq silahlar, dəmirlər, baltalar var idi. Hər yer qara bayraqlar asılmışdı”x9d.
 
Əməkdaşımız deyir ki, bələdiyyə binasına yaxınlaşanda cavan bir oğlan arxadan onlara yaxınlaşdı və fotoqrafımız Elvin Abdullanın üzərinə hucum çəkdi: “Əlindəki dəmir alətlə əməkdaşımızın baş nahiyəsinə zərbə endirdi, təpik vurdu. Həmin dəqiqə hamı üstümüzə töküldü. Sakinlər bizə etiraz edirdilər. “Jurnalistlər bura gəlməsinlər, bura Nardarandır”x9d - deyirdilər. Bizi təhqir edib, söydülər. Gücnən onların əlindən xilas olduq”x9d.
 
Nardaranda yerli sakinlər tərəfindən döyülən fotoqraf Elvin Abdulla bildirib:“Biz Nardarana daxil olan kimi, bir neçə nəfər qarşımızı kəsib, hücum etdi. Jurnalist olduğumuzu deyəndə, təhqiramiz ifadələr işlətdilər. Dedilər, siz bizim düşmənimizsiniz. Anidən bir neçə nəfər üstünə tökülüb, əllərindəki dəmirlə bədəminə vurdular. Əlimdən fotoaparatı alıb, çırpdılar yerə. Eynəyim gözümdən yerə düşəndə, təpiklə vurub qırdılar. Niyə belə edirsiniz deyəndə, daha da qəzəbli şəkildə təpiklə qarın nahiməyə vurdular. Artıq heç nə görmürdüm. Sonradan orta yaşlı bir oğlan və yaşlı bir kişi bizi onların əlindən aldı”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin