Şəmkirdə FACİƏ: Ər arvadını qətlə yetirdi

Hazırda oxunan: Şəmkirdə FACİƏ: Ər arvadını qətlə yetirdi

108375

Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin