Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa verdiyi barədə məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Azfront teleqram kanalında verilib.
Eyni zamanda, “Cümhuriyyət Xalq Partiyası”nın başqanı Bədrəddin Quliyev Müsavat TV-nin efirində sözügedən məlumatı təsdiqləyib.
Həmçinin, teleqram kanalı yazır ki, bəzi xəbər resursları, o cümlədən Oxu.az saytında bununla bağlı informasiya verilib.
Qeyd edək ki, son vaxtlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvanda əməliyyatlar aparır. Əməliyyatlar zamanı yüksək vəzifəli məmurlar həbs edilib.
Naxçıvanda ən yüksək vəzifəli şəxs Ali Məclisin Sədridir. 1993-cü il iyulun 3-dən bu vəzifəni Vasif Talıbov tutur. 24 fevral 2020-ci ildə o, 6-cı dəfə bu vəzifəyə yenidən seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:23 / 07.12.2022
Vasif Talıbov istefa verib? – DETALLAR
Hazırda oxunan: Vasif Talıbov istefa verib? – DETALLAR
Hazırda oxunan: Vasif Talıbov istefa verib? – DETALLAR
108370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.