Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı AÇIQLAMA

Hazırda oxunan: Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı AÇIQLAMA

108367

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparmaqda davam edir.

Bunu Bizim.Media-ya açıqlamasında sözügedən teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirib. Onun sözlərinə görə proses hələki bitməyib:

“Məlum prosedur tamamlanıb protokollaşdırıldıqdan sonra ictimaiyyətə bu barədə geniş məlumat veriləcək”.

Həmidə Rüstəmova əlavə edib ki, aparlan yoxama ilə bağlı yaradıcı heyət bir neçə dəfə dindirilmələrə çağırılıb:

“Bunu çıxsaq, teatrın gündəlik işi öz tempində davam edir və tamaşalarlar oynanılır”.

Qeyd edək ki, Kukla Teatrında yoxlamalar 15 gündür davam edir. Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaya noyabrın 21-də başlayıb.  İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair  nazirliyə müraciətlər daxil olub. Kukla Teatrından sonra yoxlama digər teatrlara keçəcək. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin